15:00 - 6.06.2026
6 iyun, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Yaxın Şərqdəki münaqişə fonunda neft qiymətlərinin yüksək qalmasının Azərbaycanın xarici valyuta aktivlərini kəskin artıracağını proqnozlaşdırır.
ABC.AZ agentliyin hesabatına istinadən xəbər verir ki, analitiklərin gözləntilərinə görə, 2026-cı ildə Azərbaycanın suveren xarici valyuta aktivləri 93 milyard dollara yüksələcək. Bu məbləğ proqnozlaşdırılan ÜDM-in 117%-nə bərabərdir. Aktivlərin 84%-i Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Mərkəzi Bankın (AMB) beynəlxalq ehtiyatlarında cəmləşəcək.
Bundan əlavə, agentlik cari il üçün "əkiz profisit" proqnozlaşdırır:
Cari hesab profisiti: Yüksək neft qiymətləri və idxala olan mülayim tələb sayəsində cari hesabın profisiti 2025-cı ildəki 4.6%-dən 2026-cı ildə ÜDM-in 9%-nə yüksələcək.
İcmal büdcə profisiti: 2026-cı ildə ÜDM-in 5.6%-i səviyyəsində gözlənilir. Hökumətin müdafiə xərclərini və azad edilmiş ərazilərin bərpasını prioritet saxlaması fonunda xərclər sabit qalacaq.
5 İyun 2026
4 İyun 2026
4 İyun 2026
5 İyun 2026