14:46 - 6.06.2026
6 iyun, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini (IDR) investisiya səviyyəli "BBB-" olaraq təsdiqləyib. Reytinq üzrə proqnoz isə "Sabit" olaraq saxlanılıb.
ABC.AZ xəbər verir ki, bu barədə agentliyin yayımladığı son analitik hesabatda bildirilir. "Fitch" qeyd edir ki, Azərbaycanın reytinqlərini dəstəkləyən əsas amillər ölkənin olduqca güclü xarici balansı, öz reytinq qrupundakı ölkələr arasında ən aşağı dövlət borcuna malik olması və Dövlət Neft Fondunun (ARDNF) böyük aktivləri sayəsində yaranan maliyyə çevikliyidir.
Bununla belə, iqtisadiyyatın karbohidrogenlərdən (neft-qaz) yüksək asılılığı, idarəetmə indikatorlarının nisbətən zəifliyi və geosiyasi risklər reytinqi məhdudlaşdıran faktorlar kimi göstərilib.
5 İyun 2026
4 İyun 2026
4 İyun 2026
5 İyun 2026