15:22 - 29.07.2026
29 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında xüsusi texnika və nəqliyyat vasitələrinin istehsal və yığımı layihəsi həyata keçiriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə agentlikdən bildirilib. Məlumata görə, bu məqsədlə "RAM İndustries" MMC-yə Parkın rezidenti statusu verilib.
İnvestisiya dəyəri 44,9 milyon manat olan layihə çərçivəsində 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026