Avro zonasında inflyasiya 2,9%-ə yüksəlib — AMB-dən faiz artımı gözləntiləri güclənir

16:27 - 31.07.2026


31 iyul, Fineko/abc.az. Avro zonasında iyul ayında istehlak qiymətləri indeksi (inflyasiya) ABŞ və İran arasında atəşkəsin pozulması nəticəsində neft qiymətlərinin bahalaşması fonunda 2,9%-ə yüksəlib. İyun ayında bu göstərici 2,8% səviyyəsində idi.

Avropa Statistika Agentliyinin ("Eurostat") məlumatına görə, qiymət artımı əsasən Fransa və İspaniyada gözləntiləri üstələyən göstəricilər hesabına baş verib. Birlik üzrə enerji qiymətləri 10% artıb, xidmət sektoru və baza inflyasiyası da sürətlənib.

İnflyasiyanın təzyiqi fonunda Avropa Mərkəzi Bankının (AMB) sentyabr iclasında faiz dərəcələrini növbəti dəfə artıracağı barədə bazarda gözləntilər kəskin güclənib. Baza neft qiymətlərinin bir barel üçün 100 dollardan aşağı düşməsinə baxmayaraq, Yaxın Şərqdəki gərginlik riskləri yüksək səviyyədə saxlamaqda davam edir.