Qeyri-neft sektorundakı 10 ən böyük özəl şirkətin ixracı bu qədər olub

14:23 - 29.07.2026


29 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 ən böyük özəl şirkətin ixracı 558,2 milyon ABŞ dolları təşkil edib, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən (227,8 milyon ABŞ dolları) 2,4 dəfə və ya 330,4 milyon ABŞ dolları çoxdur.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub.

Qeyd olunan dövrdə şirkət 184,5 milyon ABŞ dolları məbləğində ixrac (il ərzində artım 3,98 dəfə və ya 138,2 milyon ABŞ dolları) həyata keçirib.