Sabiha Gökçen Beynəlxalq Hava Limanı Avropada sərnişin axınının artımına görə liderdir

17:11 - 31.07.2026


31 iyul, Fineko/abc.az. Sabiha Gökçen Beynəlxalq Hava Limanı 2026-cı ilin ilk yarısında ACI Europe-un hesabatına əsasən Avropanın iri hava limanları arasında ən sürətlə böyüyən hava limanı kimi tanınıb. Sərnişin axını 6,4% artaraq həm Avropa üzrə orta göstəricini (+2,6%), həm də Türkiyə üzrə artım tempini (+2,8%) xeyli üstələyib.

Liderlər beşliyinə həmçinin Barselona (+4,4%), Madrid (+4,2%), İstanbul Hava Limanı (+1,6%) və Roma Fiumicino (+0,3%) hava limanları daxildir. Eyni zamanda, Avropada sərnişin axınının ümumi artım tempi ikinci rübdə zəifləyib.