17:25 - 3.06.2026
3 iyun, Fineko/abc.az. Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın bu ilin aprel ayı üzrə sənaye istehsalçıları qiymətləri indeksini (ÜFE) açıqlayıb.
ABC.AZ məlumat verir ki, təqdim olunan statistikaya əsasən, Aİ-də sənaye istehsalçıları qiymətləri indeksi apreldə əvvəlki ayla müqayisədə 0,7%, ötən ilin eyni ayı ilə müqayisədə isə 4,9% artım nümayiş etdirib.
Avrozonada da analoji olaraq istehsalçı qiymətləri apreldə aylıq ifadədə 0,6%, illik müqayisədə isə 4,8% yüksəlib. Bununla da Avrozonadakı göstəricilər bazarın aylıq 0,6% va illik 4,8% artım proqnozları ilə tam üst-üstə düşüb.
Aİ ölkələri üzrə əsas dəyişikliklər:
Aylıq müqayisədə ən çox artım qeydə alınan ölkələr: Danimarka (3%), Xorvatiya (2,7%) və Belçika (2,4%).
Aylıq müqayisədə azalma müşahidə olunan ölkələr: Fransa (-2,1%), Estoniya (-0,8%) və İsveç (-0,3%).
İllik müqayisədə ən yüksək artım: Bolqarıstan (14,5%), Litva (13,1%) və Rumıniya (11,5%).
İllik müqayisədə geriləmə qeydə alınan ölkələr: Lüksemburq (-3,7%), Estoniya (-1,2%), Kiprin yunan icması (-0,7%) və Latviya (-0,6%).
3 İyun 2026
3 İyun 2026