19:23 - 1.06.2026
1 iyun, Fineko/abc.az. İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.
ABC.AZ "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edəcəklər.
Xatırladaq ki, mayın 18-də Bakıda hər iki ölkə rəhbərliyinin iştirakı ilə layihə üzrə modernləşdirmə işlərinin tamamlanmasını və yekun qəbulunu təsdiq edən protokol imzalanıb.
Layihə çərçivəsində görülən əsas işlər:
Orta Dəhlizin mühüm seqmenti olan BTQ-nin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsi modernləşdirilib.
5 mərhələdən ibarət layihə 13 stansiya, 55 körpü, 8 dartı yarımstansiyası və 320 binanı əhatə edib.
30,3 km uzunluğunda yeni dəmir yolu xətti və təkər cütlərinin dəyişdirilməsi stansiyası tikilib, 153,1 km yol isə rekonstruksiya olunub.
Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bununla da bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru ən funksional quru marşrutlarından birinə çevrilib.
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
8 İyun 2026