07:00 - 27.07.2026
27 iyul, Fineko/abc.az. Almaniya (FRQ) Rusiya enerji resurslarından imtina etdikdən və Yaxın Şərqdəki gərginliklərin təsiri ilə təbii qazı 2020-ci illə müqayisədə 5 dəfə bahaya idxal edir.
"Berliner Zeitung" qəzetinin verdiyi məlumata görə, 2020-ci ildə Rusiya əsas tədarükçü olduğu zaman sərhəddə qazın 1 MVt/saat qiyməti təxminən 12 avro idisə, hazırda Avropa birjasında bu göstərici 60 avro/MVt-saat həddini keçib.
Məlumata əsasən, hazırda Almaniyaya idxal edilən qazın əsas payı — təqribən 44%-i Norveçin payına düşür. Qalan hissə Niderland (24%), Belçika (21%) və dəniz vasitəsilə qəbul edilən durulaşdırılmış təbii qaz (LNG - 10%) terminal portfelindən formalaşır.
Ekspertlər bildirirlər ki, boru kəmərlərinin tam gücü ilə işləməsi səbəbindən Almaniya yaxın gələcəkdə daha ucuz alternativ enerji mənbəyi tapa bilməyəcək.
27 İyul 2026
25 İyul 2026