"Airbus" 2029-cu ilə qədər əməliyyat mənfəətini 13 milyard avroya çatdırmağı planlaşdırır

15:09 - 22.07.2026


22 iyul, Fineko/abc.az. Aviasiya giqantı "Airbus" istehsalatdakı ləngimələri geridə qoyaraq 2029-cu ilə qədər düzəliş edilmiş illik əməliyyat mənfəətini iki dəfəyə yaxın artırıb 12–13 milyard avroya (13,7 milyard dollar) çatdırmağı hədəfləyir.

İnvestorlar üçün Londonda keçirilən təqdimatda şirkətin icraçı direktoru Giyom Fori tədarük zəncirindəki əsas hədəflərə çatdıqlarını və mülki aviasiya bölməsinin mənfəətin 10 milyard avroluq hissəsini təmin edəcəyini bildirib.

 Həmçinin önümüzdəki üç il ərzində 5 milyard avroluq səhmlərin geri satınalınması proqramının başladılacağı elan edilib.

Şirkət cari il üçün 870 təyyarə tədarükü və 7,5 milyard avro əməliyyat mənfəəti üzrə qısamüddətli hədəflərini saxlayır.