21:44 - 28.07.2026
28 iyul, Fineko/abc.az. Apple smart ev bazarına çıxışı sürətləndirməyi planlaşdırır və təxminən 7 düymlük ekranlı yeni süni intellekt cihazı hazırlayır. Qurğu iOS, watchOS və tvOS elementlərini birləşdirəcək və üz tanıma texnologiyası vasitəsilə interfeysi istifadəçiyə uyğunlaşdıracaq.
Mərkəz smart ev avadanlıqlarını idarə edəcək, FaceTime videozənglərini təmin edəcək, interkom kimi işləyəcək və təhlükəsizliyə nəzarət edəcək. Şirkət həmçinin Apple TV və HomePod mini üçün yeniləmələr hazırlayır.
Yeni cihaz Amazon Echo Show və Google Nest Hub kimi rəqiblərə cavab olacaq. Gələcəkdə şirkət istifadəçini izləyə bilən robotlaşdırılmış ekranlı daha inkişaf etmiş versiyanı da təqdim edə bilər.
27 İyul 2026