SOCAR, BOTAŞ, TotalEnergies və ADNOC arasında yeni qaz sazişi imzalanıb

16:28 - 1.06.2026


1 iyun, Fineko/abc.az. Bakı Enerji Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycanın SOCAR, Türkiyənin BOTAŞ, Fransanın TotalEnergies və BƏƏ-nin ADNOC şirkətləri arasında 15 illik təbii qaz tədarükü sazişi imzalanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, saziş “Abşeron” yatağında hasilata yönəldiləcək yeni investisiyalar çərçivəsində 2029-cu ildən etibarən Türkiyəni ümumilikdə 33 milyard kubmetr qazla təmin edəcək. Qeyd olunub ki, bu müqavilə Türkiyənin, regionun və bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.