09:59 - 26.05.2026
26 may, Fineko/abc.az. “Cəlilabad Broyler” ASC-nin 2025-ci il üzrə zərəri illik müqayisədə 93% və ya 2 dəfəyə yaxın artaraq 159.4 min manatdan 307.3 min manata yüksəlib.
ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin gəlirləri 2024-cü ildəki 177.5 min manatdan 2025-ci ildə 129.4 min manata enərək 27% azalıb.
2025-ci ilin sonuna “Cəlilabad Broyler” ASC-nin cəmi aktivləri 7.03 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0.4% azalma deməkdir. Şirkətin cəmi kapitalı illik müqayisədə 6.5% azalaraq 4.9 milyon manatdan 4.6 milyon manata düşüb.
Bununla yanaşı, öhdəliklər 14% artaraq 2.15 milyon manatdan 2.45 milyon manata yüksəlib.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026