Qızıl ixracı rekord vurdu: Qeyri-neft sektorunda 17 dəfəlik sıçrayış

15:58 - 15.09.2026


15 sentyabr, Fineko/abc.az. Bu ilin ilk 8 ayında Azərbaycanın qeyri-neft ixracındakı kəskin artımın əsas hərəkətverici qüvvəsi qiymətli metallar olub.

Dövlət Gömrük Komitəsinin geniş təsnifatına əsasən, qeyri-neft ixracı 2,6 dəfə artaraq 6,28 milyard dollara çatıb.

Bu kateqoriyada qiymətli daşlar və metallar qrupunun ixracı ötən ilki 212,8 milyon dollardan 3,74 milyard dollara yüksələrək 17,6 dəfə artıb.

İxrac edilən qiymətli metalların tamamını işlənməmiş və yarımişlənmiş qızıl təşkil edib. Qızıl təkbaşına ölkənin ümumi ixracının 17,1 faizini, qeyri-neft ixracının isə 59,6 faizini əhatə edib.