18:20 - 25.05.2026
25 may, Fineko/abc.az. Dünya Ukrayna və Yaxın Şərqdəki müharibələr fonunda neft böhranı ilə üzləşib. Şanxay Qabaqcıl Tədqiqatlar İnstitutunun (SARI) tədqiqatçıları CO₂ və sudan uzunzəncirli karbohidrogenlər – reaktiv yanacaq komponentləri əldə etmə üsulu hazırlayıblar.
ABC.AZ xəbər verir ki, prosesin əsas elementi dəmir əsaslı, alüminium və kalium əlavəli katalizator (FeAlK8) olub. Bu katalizator CO₂-nin təxminən 49%-ni karbohidrogenlərə çevirməyə imkan verib. Proses 330°C temperaturda və 290 psi təzyiq altında aparılıb, əldə edilən yanacaq isə 800 saatlıq sınaqlarda termal sabitlik göstərib.
Texnologiya hələ ilkin mərhələdədir və sənaye istifadəsinə hazır deyil, lakin CO₂-dən iqtisadi cəhətdən rəqabətqabiliyyətli sintetik yanacaq istehsalına doğru mühüm addım hesab olunur.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026