BMT: 6–12 ay ərzində ciddi ərzaq böhranı baş verə bilər

16:51 - 21.05.2026


21 may, Fineko/abc.az. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ekspertləri Hörmüz boğazında gəmiçilikdə yaranan problemlər səbəbindən yaxın 6–12 ay ərzində qlobal ərzaq böhranı ehtimalı barədə xəbərdarlıq edirlər.

ABC.AZ xəbər verir ki, təşkilatın qiymətləndirməsinə görə, enerji daşıyıcıları və gübrələrin bahalaşması, həmçinin əkin sahələrinin azalması məhsuldarlığın aşağı düşməsinə, inflyasiyanın artmasına və ərzaq məhsullarının kəskin bahalaşmasına səbəb ola bilər. FAO, alternativ ticarət marşrutlarının axtarılması, ixrac məhdudiyyətlərindən imtina və humanitar tədarükün qorunması daxil olmaqla təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayır.

Qeyd olunur ki, alternativ logistika dəhlizlərinin ötürücülük qabiliyyəti məhduddur, buna görə də istehsalçı ölkələrə böhranı daha da dərinləşdirməmək üçün ixrac qadağalarından çəkinmək tövsiyə olunur.