14:53 - 18.05.2026
18 may, Fineko/abc.az. Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2025-ci ili 327 min manat zərərlə başa vurub.
ABC.AZ bu barədə Agentliyin maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, hesabatda qetd edilib ki, bu, 2024-cü ilə nisbətən 83,7 % çoxdur.
Ötən il TKTA-nın əsas əməliyyat gəlirləri 1,474 milyon manat (illik müqayisədə 18,4 % çox), satışının maya dəyəri 1,415 milyon manat (5,1 % az), digər əməliyyat gəlirləri 4,749 milyon manat (21,2 % az), inzibati xərcləri 5,135 milyon manat (13 % az) təşkil edib.
Bu il yanvarın 1-nə TKTA-nın aktivləri 456 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,1 dəfə azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 5,3 dəfə azalaraq 252 manata, balans kapitalı isə 2,6 dəfə azalaraq 204 min manata düşüb.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026