11:34 - 14.05.2026
14 may, Fineko/abc.az. Qlobal süd istehsalı əsas regionların demək olar ki, hamısında (Aİ, ABŞ və Yeni Zelandiyada) artıb, yalnız Avstraliyada azalıb.
ABC.AZ xəbər verir ki, ən yüksək artım Yeni Zelandiyada qeydə alınıb (+3,3%), Aİ-də göstərici təxminən 2,8% artıb, ABŞ-da isə artım əsasən mal-qaranın sayının çoxalması hesabına təmin olunub.
Eyni zamanda, Aİ-də (+3,9%) və ABŞ-da (+7,8%) ixrac artıb, Yeni Zelandiya və Avstraliyada isə azalıb.
Bununla yanaşı, qlobal tələbat zəifləyib: Çin (–2%), Afrika və Yaxın Şərq ölkələri (–10,2%) və Latın Amerikası (–1,1%) idxalı azaldıb, Cənub-Şərqi Asiyada isə mülayim artım müşahidə olunub.