13:58 - 29.04.2026
29 aprel, Fineko/abc.az. Dünya Bankı (DB) 2026-2027-ci illər üçün düyünün qiyməti üzrə proqnozunu yeniləyib.
ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatında bildirilir.
Hesabata əsasən, 2026-cı ildə 1 ton düyünün qiyməti 401 ABŞ dolları təşkil edəcək. Bu, ötən ilin oktyabr ayında verilmiş proqnozla eynidir
DB-nin proqnozuna əsasən, 2027-ci ildə 1 ton düyünün qiyməti 413 ABŞ dolları olacaq ki, bu da oktyabrda verilən proqnoz göstəricidən 4 ABŞ dolları çoxdur.
Bankın proqnozuna əsasən, illik müqayisədə düyünün qiyməti 2026-cı ildə 1,7% azalacaq , 2027-ci ildə isə 3% artacaq.
Hesabata görə, 2025-ci ildə 1 ton düyünün qiyməti 408 ABŞ dolları olub.
©APA
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026