Ukrayna ABŞ-la enerji sahəsində əməkdaşlığın genişləndirilməsini təklif edib

10:53 - 29.04.2026


29 aprel, Fineko/abc.az. Ukrayna Baş naziri Yuliya Sviridenko ABŞ-la enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini, o cümlədən “Naftogaz” dövlət şirkəti ilə birgə layihələr vasitəsilə genişləndirilməsini vurğulayıb.

ABC.AZ xəbər verir ki, Sviridenko bunu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Üç Dəniz Təşəbbüsü sammiti çərçivəsində ABŞ-ın energetika naziri Kris Rayt ilə görüşün nəticələrinə dair açıqlayıb.

Görüşdə Ukraynanın enerji sisteminin bərpası və yay mövsümündə elektrik enerjisinə tələbatın pik dövrünə hazırlıq məsələləri müzakirə olunub.

Ukrayna ABŞ şirkətlərini zədələnmiş qaz infrastrukturunun bərpası və enerji avadanlıqlarının modernləşdirilməsi layihələrində iştirak etməyə dəvət edib. Bir sıra layihələr artıq ABŞ-Ukrayna Bərpa İnvestisiya Fondu (URIF) tərəfindən nəzərdən keçirilir.