Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 18 dəfədən çox üstələyir

15:08 - 28.04.2026


28 aprel, Fineko/abc.az. Cari ilin aprelin 1-i tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları 85,2 milyard ABŞ dolları təşkil etməklə, xarici dövlət borcunu təqribən 18,2 dəfə üstələyir.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə dövlət büdcəsi hesabına xarici borclar üzrə 158,5 milyon dollar əsas borc, 71,9 milyon dollar isə faiz borcu ödənişi həyata keçirilib.

Qeyd edək ki, 2026-cı ilin 1 aprel tarixinə xarici dövlət borcu 4 milyard 689,3 milyon dollar olub ki, bu da cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil edir. Cari ilin 1 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon dollar azalıb.