ABA-nın gələcək strateji hədəfləri məlum olub

15:31 - 24.04.2026


24 aprel, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyasının (ABA) 2026–2030-cu illər üzrə strateji hədəfləri təsdiqlənib. Bu hədəflər çərçivəsində xüsusilə post-neft dövründə kiçik və orta biznesin inkişafı, yeni iqtisadi siyasətə uyğun olaraq iqtisadiyyatın maliyyələşdirilməsinə dəstəyin gücləndirilməsi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev bildirib.

O qeyd edib ki, bu proseslərə dəstək məqsədilə Azərbaycan Bank Maliyyə Tədris Mərkəzinin (ABMTM) genişləndirilməsi planlaşdırılır:

"Mərkəz maliyyə sektorunda fəaliyyət göstərən assosiasiyaların təsisçiliyi ilə fəaliyyətini genişləndirəcək, kadr hazırlığına diqqət daha da artırılacaq. Ümumilikdə maliyyə sektorunda 30 mindən çox əməkdaş çalışır və onların sertifikatlaşdırılması üçün zəruri dəstək tədbirləri həyata keçiriləcək". ©Trend