15:00 - 24.04.2026
24 aprel, Fineko/abc.az. Orta Dəhliz üzrə tranzit daşımalarının həcmi son beş ildə üç dəfə artıb.
ABC.AZ xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına əsasən, 2030-cu ilə qədər bu göstəricinin ildə 300 min konteynerə çatdırılması planlaşdırılır.
Aktau limanında artıq konteyner qovşağı və gəmi hərəkətinin idarəetmə sistemi inşa edilib, Kurık limanında isə dibdərinləşdirmə işləri aparılıb və infrastruktur modernləşdirilib. İlin sonuna qədər bir sıra layihələrin, o cümlədən terminalların inkişafı və körpülərin yenilənməsinin başa çatdırılması nəzərdə tutulur.
Eyni zamanda rəqəmsal həllər tətbiq olunur və limanların Orta Dəhlizin vahid sisteminə inteqrasiyası üçün yedək gəmilər alınır. Orta Dəhliz Çin ilə Avropanı Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən birləşdirən əsas marşrutdur.
27 İyul 2026