MDM "ASAN Pay" platformasında hüquqi şəxslər üçün yeni imkanları aktivləşdirib

14:14 - 23.04.2026


23 aprel, Fineko/abc.az. Azərbaycan Milli Depozitr Mərkəzi (MDM) ASAN Pay elektron ödəniş platformasında emitentlər üçün nəzərdə tutulmuş yeni funksiyanı aktivləşdirib.

ABC.AZ quruma istinadla xəbər verir ki, bundan sonra emitentlər öz VÖEN məlumatları vasitəsilə platformaya onlayn daxil olaraq ödəniş əməliyyatlarını rahatlıqla həyata keçirə bilərlər.

Yenilənmiş sistem istifadəçilərə vaxt itkisini minimuma endirməyə, ödəniş proseslərini daha şəffaf və əlçatan etməyə imkan yaradır.