Gəncədə 252,7 min manat dəyərində iş həcmləri dövlət büdcəsinə bərpa edilib

10:25 - 22.04.2026


22 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Hesablama Palatası Gəncədə yoxlama aparıb.

ABC.AZ xəbər verir ki, mənzil fondunun əsaslı təmiri üzrə işlərin dəyərinin 2023-cü ildə 144 278 manat, 2024-cü ildə isə 258 198 manat artırıldığı bildirilib.

Auditdə qeyd olunub ki, “Gəncə İdman Sarayı”nın tikintisi üzrə torpaq və bünövrə işlərinin sonradan yeni dəyərlə təkrar daxil edilməsi müqavilə dəyərinin 6 164 850,38 manat artırılması ilə nəticələnib. Eyni zamanda layihə üzrə smetada nəzərdə tutulmayan bəzi avadanlıqların alınmaması və digər uyğunsuzluqlar işlərin dəyərinin əlavə olaraq 3 355 323 manat artmasına səbəb olub.

Hesablama Palatası həmçinin bildirib ki, yerində baxış zamanı artıq göstərildiyi müəyyən edilmiş 252,7 min manat dəyərində iş həcmləri dövlət büdcəsinə ödənilməklə bərpa edilib.

Bununla yanaşı, yolların əsaslı təmiri ilə bağlı podratçılarla bağlanmış müqavilələr üzrə 2 halda 19 milyon 912 min manat dəyərində işlərin başa çatdırıldığı qeyd olunub. ©Report