15:42 - 20.11.2018
20 noyabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyinin məlumatına əsasən, 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 330 min olub, bununla da ötən ilin eyni dövrü ilə müqayisədə 42% artım baş verib.
Bu il gələnlər arasında Rusiya vətəndaşları 752 min səyahətçi ilə birinci yerdə durur. Rusiyalı səyahətçilər 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3% artaraq Azərbaycana gələn bütün xarici vətəndaşların 31%-ni təşkil edir.
10 ay ərzində ölkəyə daxil olan səyahətçilərin ümumi artım tempi 6,1% təşkil edib, səyahətçilərin sayı isə 2,277 milyondan 2,416 milyona çatıb.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026