11:24 - 16.04.2026
16 aprel, Fineko/abc.az. "M Bulak" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 3,416 milyon manat xalis mənfəətlə başa vurub.
ABC.AZ BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 39,8% azdır.
Ötən il "M Bulak"ın vergiyəqədərki mənfəəti 4,391 milyon manat (əvvəlki ilə nisbətən 37,7% az), mənfəət vergisi ödəmələri isə 975 min manat (29 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "M Bulak"ın aktivləri 58,661 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 68% çoxdur.
Bunun 54,684 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 62,4% böyüyüb.
Hesabat dövründə "M Bulak"ın öhdəlikləri 4,5 dəfə artaraq 26,133 milyon manata, balans kapitalı isə 11,7% artaraq 32,528 milyon manata çatıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026