15:36 - 14.04.2026
14 aprel, Fineko/abc.az. Azərbaycanda maliyyə sektoru bank əsaslı strukturunu qoruyub saxlamaqda davam edir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci il üzrə sektorun strukturunda bankların payı 94,2% təşkil edib:
"Digər seqmentlər üzrə isə sığorta sektorunun payı 3,5%, bank olmayan kredit təşkilatlarının (BOKT) payı 2,1%, investisiya şirkətlərinin payı isə 0,2% səviyyəsində qərarlaşıb". AMB-nin departament direktoru bildirib ki, maliyyə sektorunun aktivlərində son illərdə artım müşahidə olunub. "Yəni ki, sektorun aktivləri 2017-ci ildə 27,9 mlrd. manat olduğu halda, 2025-ci ildə 57,1 mlrd. manata yüksəlib. Təkcə son bir il ərzində maliyyə sektorunun aktivləri 7,7% və ya 4,4 mlrd. manat artıb. Bu artımın əsas hissəsi bank sektorunun payına düşüb – 4,1 mlrd. manat. BOKT-ların aktiv artımı isə 0,3 mlrd. manat təşkil edib" ; - deyə A.Həsənov söyləyib.
Müəllif: Elmir Muradov
5 Avqust 2026
5 Avqust 2026