11:59 - 14.04.2026
14 aprel, Fineko/abc.az. BOKT "Falcon Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 62 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 755 min manat xalis mənfəətlə çıxmışdı.
ABC.AZ xəbər verir ki, bu il yanvarın 1-nə "Falcon Finance"ın aktivləri 7,419 milyon manat olub ki, bu da illik müqayisədə 9,8 % çoxdur.
Bunun 7,015 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 7,4 % böyüyüb.
Hesabat dövründə "Falcon Finance"ın öhdəlikləri 15,4 % artaraq 5,436 milyon manata çatıb, balans kapitalı isə 3 % azalaraq 1,982 milyon manata düşüb.
Xatırladaq ki, "Falcon Finance" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçiləri hər biri 50 % payla Vüsal Tağıyev və Brilyant Salmanovadır. (C) Report
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026