12:22 - 13.04.2026
13 aprel, Fineko/abc.az. Hesablama Palatasının səmərəlilik auditlərinin payı üzrə göstərici 70 %-dən çox müəyyən edilib, faktiki icra 71,5 % təşkil edib.
ABC.AZ xəbər verir ki, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin ümumi audit portfelində payı üzrə göstərici 15 %-dən çox müəyyən edilib, faktiki icra 14 % olub.
KDMN tədbirləri nəticəsində dövlət büdcəsinə təsirin ölçülməsi üzrə göstərici 100 % müəyyən edilib və faktiki icra da 100 % olub.
Hesablama Palatasının büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə göstərici 10 %-dən çox müəyyən edilib, faktiki icra isə 9,8 % olub.
Kənar auditin aparılması üzrə göstərici 11 olaraq müəyyən edilib və faktiki icra 11 olub.
Kadr axını üzrə göstərici 10 %-dən az müəyyən edilsə də, faktiki icra 7,6 % təşkil edib.
Palata auditlərinin sayı üzrə göstərici 2-dən çox müəyyən edilib və faktiki icra 3 olub.
İS auditlərinin ümumi audit portfelində payı üzrə göstərici 16 %-dən çox müəyyən edilib, faktiki icra isə 14 % olub.
RIDES-də qurulmuş və yenilənmiş modulların sayı üzrə göstərici 9 müəyyən edilib və faktiki icra da 9 olub.
Eyni zamanda, əməliyyat planları üzrə tədbirlərin icra səviyyəsi illər üzrə artaraq 2021-ci ildə 80,3 %, 2022-ci ildə 87,3 %, 2023-cü ildə 91,7 %, 2024-cü ildə 81,8 % və 2025-ci ildə 89 % təşkil edib.
Hesabatda qeyd olunub ki, bu dövrdə Hesablama Palatasının Strateji Planı, İnsan Resursları Strategiyası, Təlim Strategiyası və Kommunikasiya Strategiyası kimi mühüm sənədlər qəbul edilib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026