12:30 - 10.04.2026
10 aprel, Fineko/abc.az. 2025-ci il ərzində orta depozit faiz dərəcələri tədricən azalmış, 2024-cü ilin oktyabrında 8.7%-dən
2025-ci ilin dekabrında 6.5%-ə enib. ABC.AZ xəbər verir ki, bu barədə Bakı Fond Birjasının 2025-ci il üçün açıqladığı hesabat xarakterli məlumatlarda qeyd edilib.
Bildirilib ki, bu dinamika pul siyasətinin yumşaldılması fonunda bank sistemində maliyyələşmə xərclərinin azalmasını əks etdirib.
Kredit faizləri isə yüksək səviyyədə qalaraq 2025-ci ilin dekabrında 18.69% təşkil edib ki, bu da maliyyələşmə xərclərindəki azalmanın kredit qiymətlərinə ötürülməsinin məhdud və tədricən baş verdiyini göstərir.
"Kapital bazarında isə korporativ və DMM üzrə istiqraz yerləşdirmələri üçün orta çəkili borcalma dərəcəsi 2025-ci ildə 12.5% təşkil etmişdir ki, bu da 3 illik dövlət istiqrazlarının orta gəlirliliyi olan 7.6%-dən yüksəkdir. Daha yüksək borcalma dərəcəsi əsasən emitent strukturunu əks etdirir, çünki il ərzində AZN ilə yerləşdirmələrin böyük hissəsi daha yüksək risk mükafatı ilə xarakterizə olunan bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib", - deyə hesabatda vurğulanıb.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026