Ölkəyə göndərilən pul baratlarının həcmi 8.7% artaraq 1.2 milyard dollara çatıb - AMB

16:43 - 17.03.2026


17 mart, Fineko/abc.az. Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2.1 milyard dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 1.4 milyard dollar, ödənişlər isə 0.7 milyard dollar təşkil edib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, təkrar gəlirlər üzrə ümumi daxilolmaların 83.5%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 11.1%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 5.4%-ni isə digər daxilolmalar təşkil edir.

"Ölkəyə göndərilən pul baratlarının həcmi 8.7% artaraq 1.2 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 4.1% azalaraq 0.5 milyard dollar olub. Nəticədə pul baratları üzrə 0.7 milyard dollar (20.8% artım) müsbət saldo yaranıb", - məlumatda qeyd edilib.