Azərbaycandan fevralda Ermənistana 4,22 mln. dollarlıq ixrac olub

14:11 - 17.03.2026


17 mart, Fineko/abc.az. Bu ilin fevral ayında Azərbaycan Ermənistana 4 milyon 220 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, Azərbaycanın ümumi ixracının 0.12 %-ni təşkil edib.

Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.