15:41 - 3.03.2026
3 mart, Fineko/abc.az. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) vergi qanunvericiliyinə kriptosatışlardan gəlir və mənfəət üçün 10% verginin tətbiqini və onun rüblük tutulmasını təklif edib.
ABC.AZ xəbər verir ki, prezident aktivin növünə, saxlanma müddətinə və digər amillərə görə vergi dərəcəsini 0%-dən 20%-ə qədər dəyişdirmək səlahiyyətinə malik olacaq.
Qanun layihəsində həmçinin kriptoservis təminatçıları üçün əməliyyatlara 0,03% verginin tətbiqi, lisenziyalaşdırılmamış platformalarda ticarət edən investorların isə gəlirlərini bəyan etməsi nəzərdə tutulub. İdeyanın məqsədi sektoru qanuniləşdirmək və büdcə gəlirlərini artırmaqdır. Qaydalar rəsmi dərcindən iki ay sonra qüvvəyə minəcək.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026