2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabı profisitli olacaq - AMB

11:48 - 3.03.2026


3 mart, Fineko/abc.az. Mərkəzi Bankın yenilənmiş makroiqtisadi proqnozlarına uyğun olaraq 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bu arada digər vacib məqam isə, Azərbaycanın ixrac payında əsas yükə sahib olan neft və qaz qiymətlərində geosiyasi risklər fonunda müvafiq olaraq 10% və 50% artımlar qeydə alınıb.

Brentin hazırda bir bareli 80 dollar, Avropada isə hər 1000 kub-m təqribən 500 dollar üzərindədir.

Bu Azərbaycan hökumətinin hər iki göstərici üzrə proqnozlarından xeyli yuxarıdır.