AMB-nin xarici valyuta ehtiyatları fevralda 50.6 milyon dollar artıb

11:21 - 3.03.2026


3 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı xarici valyuta ehtiyatlarını 2026-cı ilin fevralında 50.6 milyon ABŞ dolları və ya 0.44% artırıb. Bu da son 16 ayın ən yüksək səviyyəsinə yaxındır.

ABC.AZ xəbər verir ki, 28 fevral 2026-cı il tarixinə ehtiyatlar 11 614.1 milyon dollar olub.

Bununla belə, AMB 2024-cü ilin IV rübündə “əritdiyi” ehtiyatların yalnız 78.3 faizini bərpa edə bilib.

Həmin vaxt üç aya ardıcıl ümumilikdə 836.3 milyon dollar azalmışdı. AMB isə valyuta bazarındakı tələbi dəstəkləmək məqsədilə 424 mln. dollar məbləğində “xüsusi satış” həyata keçirdiyini bildirmişdi.

AMB sədri Taleh Kazımov bunun intervensiya kimi deyil, xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə edildiyini vurğulamışdı.

Xatırlatma ilə bildirə bilərik ki, 2024-cü ilin sentyabrın sonunda xarici valyuta ehtiyatları 11 795.8 milyon dollar idi. ©Banker.az