10:45 - 3.03.2026
3 mart, Fineko/abc.az. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri hesab edir ki, Azərbaycan bankları 2016-cı il böhranından sonra sabit fondlaşdırma profilini qoruyub saxlayırlar, buna da depozit bazasının artması töhfə verib.
ABC.AZ xəbər verir ki, bu agentliyin açıqladığı məlumat toplusunda öz əksini tapıb.
Sözügedən məlumatda qeyd edilib ki, əmanətlərin dollarlaşma səviyyəsi tədricən regional analoqların göstəricilərinə qədər azalıb, lakin bu, hələ də kreditlərin dollarlaşmasını əhəmiyyətli dərəcədə üstələyir, bu da bankların xarici valyutada aktivləri və öhdəlikləri arasında valyuta disproporsiyaları yaradır.
“Sahə üzrə risk tendensiyalarının sabit qiymətləndirilməsi artıq son üç ildə sektorda tənzimləmə və nəzarətin gücləndirilməsini nəzərə alır, bu da riskləri minimuma endirməyə kömək etməlidir. Həmçinin bankların dayanıqlı fondlaşdırma profili və potensial yeni bazar iştirakçıları tərəfindən aşağı təhlükə şəraitində üç ən böyük bankın dominantlıq etdiyi sahənin sabit strukturu ilə bağlı gözləntilərimiz də nəzərə alınır”, - “S&P” bildirib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026