Gümüşün qiyməti 4 fevraldan bəri ilk dəfə olaraq unsiya başına 90 dolları ötüb

11:30 - 25.02.2026


25 fevral, Fineko/abc.az. Çərşənbə günü, fevralın 25-də gümüşün qiyməti 3,8% artaraq 2026-cı il fevralın 4-dən bəri ilk dəfə olaraq unsiya başına 90 dolları keçib.

ABC.AZ xəbər verir ki, ticarət məlumatlarına əsasən, qızılın qiyməti unsiya başına 5225 dollar səviyyəsinə yaxın olub.

Bloomberg yazır ki, treyderlərin tarif risklərini və Yaxın Şərqdəki gərginliyi qiymətləndirməsi fonunda qiymətli metallar bahalaşır.