15:17 - 19.02.2026
19 fevral, Fineko/abc.az. Ötən il Azərbaycana xarici ölkələrdən 145 milyon 314,5 min dollar dəyərində 20 min 130,4 ton kərə yağı idxal olunub.
ABC.AZ rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 7,2 dollar (12,3 manat) təşkil edib.
Məlumat üçün qeyd edək ki, ən çox kərə yağı İrandan (8 min 616 ton) və Yeni Zelandiyadan (4 min 269,6 ton), ən az kərə yağı isə Lüksemburq (10 kq.) və İspaniyadan (10 kq.) idxal olunub.
Ötən il idxal edilən kərə yağı ən ucuz qiymətə Hindistandan (9,8 manat), ən baha qiymətə isə Lüksemburqdan (233 manat) gətirilib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026