14:22 - 17.02.2026
17 fevral, Fineko/abc.az. 2026-cı ilin yanvar ayında Geely Çində minik avtomobillərinin pərakəndə və topdansatış satışları üzrə BYD-ni geridə qoyaraq birinci yerə yüksəlib.
ABC.AZ xəbər verir ki, BYD-nin satışları illik müqayisədə 50%-dən çox azalıb.
Huawei ilə əlaqəli olan HIMA avtomobil brendi ilk dəfə olaraq ilk onluğa daxil olub və satışlarda 65,5% artım nümayiş etdirib.
Yanvar ayında Çində ümumilikdə 1 milyon 544 min minik avtomobili satılıb. Nəticədə avtomobil bazarı ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% azalıb.
27 İyul 2026
25 İyul 2026