11:43 - 6.02.2026
6 fevral, Fineko/abc.az. Platin fyuçerslərinin qiyməti hazırda unsiya başına təxminən 1800 dollara qədər enərək 26 yanvarda qeydə alınmış pik göstəricidən 35%-dən çox geriləyib.
ABC.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, fyuçerslərin qiyməti 3,12% azalaraq unsiya başına 2006,1 dollar səviyyəsində olub. Halbuki, dünən bu göstərici 1806 dollar həddinə çatmışdı.
Kotirovkalara sənaye tələbinin zəifləməsi, qlobal gərginlik və ABŞ dollarının möhkəmlənməsi təzyiq göstərib.
5 Avqust 2026
5 Avqust 2026