“Pepsi Bottlers Azerbaijan”ın nizamnamə kapitalı artırılıb

17:28 - 4.02.2026


4 fevral, Fineko/abc.az. Azərbaycanın iri alkoqolsuz içki istehsalçısı “Pepsi Bottlers Azerbaijan”ın ( “Mars Overseas Baku LTD” MMC-nin nizamnamə kapitalı artırılıb.

ABC.AZ xəbər verir ki, son bir ildə şirkətlər qrupunun nizamnamə kapitalı 20 milyon manat və ya 28% artırılıb.

Bununla da kapitalı 70.69 mln. manatdan 90.69 mln. manata qaldırılıb.

Xatırladaq ki, “Mars Overseas” fəaliyyətinə 1999-cu ildə başlayıb. Şirkətin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və “snack”lərin istehsalı və satışıdır. Hal-hazırda bir çox adda məhsul istehsal edilir. Onların arasında “PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.