17:12 - 14.11.2017
14 noyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi 2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gətirilən avtomobillərin sayını açıqlayıb.
Komitənın məlumatına görə bu ilin 10 ayında ölkəyə gətirilən avtomobillərin sayı 86% artaraq 8 102 ədəd təşkil edib, ötən ilin eyni dövründə bu rəqəm cəmi 4 349 ədəd olmuşdu.
“İdxal olunan nəqliyyat vasitələrinin 7 098 ədəd minik avtomobili, 795 ədədi yük avtomobili, 148 ədədi avtobus,61 ədədi isə xüsusi təyinatlı avtomobillər olub. Belə ki, ölkəyə gətirilən minik avtomobillərinin sayı 88%, yük avtomobilləri 89,7%, avtobuslar isə 97% artıb. Yalnız xüsusi texnikaların sayı 23,7% azalıb”, - deyə məlumatda bildirilir.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026