14:52 - 28.01.2026
28 yanvar, Fineko/abc.az. Avropa Komissiyasına gübrələrin karbon sərhəd tənzimləmə mexanizminin (CBAM) təsir dairəsindən dərhal çıxarılması tələbi ilə təzyiqlər artmaqdadır.
ABC.AZ xəbər verir ki, Avstriya Fransa da daxil olmaqla 11 Aİ ölkəsinin dəstəyi ilə fermerlər üçün kompensasiya mexanizmi yaradılanadək gübrələr üzrə CBAM-ın müvəqqəti dayandırılmasını təklif edib.
Bu təşəbbüs Fransanın və daha səkkiz Aİ ölkəsinin Avropa Komissiyasına ünvanladığı məktubdan sonra irəli sürülüb. Məktubda verginin geriyə dönük şəkildə — 1 yanvar–31 dekabr 2026-cı il tarixləri arasında dayandırılması təklif olunur. Aqrar sektor nümayəndələri səpin mövsümü ərəfəsində gübrə tədarükünün pozulması riskləri barədə xəbərdarlıq edirlər.
Avropa Komissiyasında etiraf ediblər ki, karbon vergisi fermerlərin etirazlarının əsas səbəblərindən biridir. Eyni zamanda, fövqəladə hallarda bəzi rüsum və vergilərin müvəqqəti dayandırılması imkanları, eləcə də gübrələr üzrə ümumavropa planının hazırlanması xatırladılıb.
5 Avqust 2026
5 Avqust 2026