17:05 - 27.01.2026
27 yanvar, Fineko/abc.az. Çinin "Anta Sports" şirkəti Almaniyanın idman geyimləri istehsalçısı "Puma"nın ən iri səhmdarına çevriləcək.
ABC.AZ xəbər verir ki, Fransanın milyarder Pino ailəsi özünün "Groupe Artemis" holdinq şirkəti vasitəsilə "Puma"nın 29,06% səhmini 1,5 milyard avro nağd vəsait müqabilində satmağa razılaşıb.
Tərəflərin bir neçə ay ərzində danışıqlar apardığı bu sövdələşmə "Puma"nın kotirovkalarının 8,6% artmasına səbəb olub. İddiaçılar siyahısında Çinin "Li Ning" və Yaponiyanın "Asics" şirkətləri də var idi.
Ötən il "Puma" üçün uğursuz olub: rəqabət və Donald Trampın tətbiq etdiyi tariflər səbəbindən şirkət ciddi maliyyə problemləri ilə üzləşib.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026