15:29 - 27.01.2026
27 yanvar, Fineko/abc.az. Yanvar 2026-cı ildə Yaponiya şirkəti Sony televizor istehsalı üçün Çin şirkəti TCL ilə birgə müəssisə yaratmaq niyyətini açıqlayıb.
ABC.AZ xəbər verir ki, yeni müəssisədə TCL 51% pay əldə edəcək, Sony isə 49% pay sahibi olacaq.
Sony səs və görüntü emalı texnologiyaları, marka və tədarük prosesinə nəzarəti saxlayacaq, TCL isə panellərin istehsalı və innovasiyaların tətbiqi ilə məşğul olacaq. Sony və Bravia brendləri altında məhsul istehsal edəcək birgə müəssisənin 2027-ci ilin aprelindən fəaliyyətə başlaması planlaşdırılır və bu, inkişafdan istehsal və satışa, həmçinin qlobal logistika proseslərini əhatə edəcək.
27 İyul 2026
25 İyul 2026