12:03 - 27.01.2026
27 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri əvvəlki illə müqayisədə 16,1 faiz azalaraq 10 milyard 266,3 milyon manat olub.
ABC.AZ ARDNF-in 2025-ci ilin yanvar-dekabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, mənfəət neftinin və qazın satışından 9 milyard 497 milyon manat (17,1 faiz azalma), bonus ödənişləri və tranzit gəlirləri 765,7 milyon manat (1,6 faiz azalma), akrhesabı ödənişlər 3,6 milyon manat (sabit qalıb) gəlir əldə edilib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026