Qeyri-faiz gəlirləri azalan, xərcləri isə artan Bank - Özəl xəbər

10:18 - 6.01.2026


6 yanvar, Fineko/abc.az. -(Özəl xəbər)-  “Azər-Türk Bank”-ın 2025-ci ilin 9 ayındakı (yanvar–sentyabr) göstəriciləri üzrə qeyri-faiz gəlirləri azalıb.

ABC.AZ-ın bankın hesabatına istinadən apardığı hesablamalarına görə, Bankın sözügedən dövrdə qeyri-faiz gəlirləri: 27 915 000 AZN olub.

Bu isə faiz göstəricisi ilə 6,3% azalma deməkdir. Bankın bəhs olunan dövrdə isə qeyri-faiz xərcləri 56 652 000 AZN təşkil edib ki, bu da 20,7% artımdır.

Müəllif: Elmir Muradov