ABŞ neft şirkətlərinin səhmləri Venesuela hadisələri fonunda yüksəlir

15:05 - 5.01.2026


5 yanvar, Fineko/abc.az. ABŞ-ın aparıcı neft-qaz şirkətlərinin səhmləri Venesuelada keçirilən xüsusi əməliyyat fonunda, ölkə prezidenti Nikolas Maduro tutulduqdan sonra artım nümayiş etdirir.

ABC.AZ xəbər verir ki, ilkin ticarət zamanı Chevron-un səhmləri +7,8%, ConocoPhillips +7,2%, ExxonMobil +4,1% artıb. Artım, ABŞ şirkətlərinin Venesuelanın neft sektorunun mümkün transformasiyasından potensial qazanc əldə edəcəyi gözləntiləri ilə izah olunur.