Nvidia şirkət tarixində ən iri alışını həyata keçirib

14:51 - 25.12.2025


25 dekabr, Fineko/abc.az. Nvidia süni intellekt çipləri hazırlayan Groq startapının aktivlərini təxminən 20 milyard ABŞ dolları nağd vəsait qarşılığında alır.

ABC.AZ xəbər verir ki, bu sövdələşmə şirkətin tarixində ən iri alışdır.

Bununla belə, Groq tam şəkildə satılmır: Nvidia məntiqi nəticə çıxarma texnologiyalarını lisenziyalaşdırır və Groq-un aşağı gecikməli prosessorlarını NVIDIA AI Factory arxitekturasına inteqrasiya edəcək. Startap isə müstəqil şirkət kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, indiyədək Nvidia-nın ən iri alış sövdələşməsi 2019-cu ildə İsrailin Mellanox şirkətinin təxminən 7 milyard ABŞ dollarına alınması